UKRAYNA...

Nurəddin İsmayıl

Bu şeiri Putin rejiminin işğalına məruz qalan Ukrayna xalqının azadlıq uğrunda apardığı şanlı mübarizəsinə mənəvi dəstək olsun deyə yazdım. Şeirin daha geniş aiditoriyaya, həmçinin bu qanlı müharibəyə ciddi etirazda bulunan rus ictimaiyyətinə çatması üçün dostum Yusif bəydən mətnin rus dilinə tərcümə etməsini xahiş etdim. Gözəl tərcümə üçün Yusif Otaylıya dərin təşəkkür edirəm

Ukrayna

Ukrayna, ey əziz, mehriban diyar,

Ey şanlı, qosqoca, soylu ixtiyar.

Taras Şevçenkonun şirin xəyalı,

Torpağı, səması əlvan boyalı.

O şaqraq çayların, o sakit Donun,

Qalın meşələrin əynində donun.

Qara saçlı, mavi gözlü qızların,

Şəfəqdən don biçən gözəl yazların.

Tarixin şahidi, o Dnepr çayı,

Ram etmiş özünə hər gecə ayı.

Çəngi səsi gələn o çöl, çəmənin,

Qəddini əydiyin neçə düşmənin.

Ukrayna, dilində türkün duası,

Ruhumuzun eyni gülü, butası.

Sinən üstə yenə şərin pəncəsi,

Necə ki olmuşdur min il öncəsi.

Yenə o şər, yenə o şeytan yuvası,

Aparır səninlə tarix davası.

Bi vaxt əcdadına qul, kölə ölanlar,

Unudub əslini, tökür yalanlar.

Tarix yenə çəkib səni sınağa,

Yenə göz yaşları axır yanağa.

Ukrayna, bir söylə, sənə kim qıyar,

Atamnlar yurdu, ey gözəl diyar.

26.02.2022


Украина

Украина, милый и ласковый рай,

Ты славный, благородный край.

Ты сладкая мечта Тараса Шевченко

Твои земля и неба сияют вечно.

В густые леса одеты твои поля,

Твой Дон тихий, но реки бурлят.

Черноволосы синеглазы доченьки твои,

В платья рассвета одеты весенки твои.

Твой Днепр -истории свидетель,

Покоряет каждую ночь луну.

Твои луга и степи издают веки,

Твоих врагов мольбы и крики.

Украина, в душах и чувствах наших,

Благие помыслы предков наших.

На твою грудь вновь давит кулак зла,

Как тысячи лет назад это было.

Вновь тот самый бес, тот же дьявол,

Ведет с тобой исторический бой.

Те, чьи предки были вам рабом,

Забыв о своих корнях рыгают ядом.

Тебя вновь испытывают веки,

Вновь твои слезы жгут твои щеки.

Украина - кто посмеет поднять на тебя руку,

Ты родина атаманов, они умрут от муки.

Нураддин Исмаил

26.02.2022

635x100

Şərhlər

Ələmdar Məmmədov-hüquqşünas 2022-03-02 01:45:56

Hörmətli Nurəddin müəllim! Vaxtında və yerində yzılmış gözəl şerinizə görə təşəkkür edirəm.44günlük müharibədə qardaş Türkiyədən sonra bizə ən çox dəstək verən ölkələrdən biri də Ukrayna idi.Onların haqq işini dəstəkləmək bizim mənəvi borcumuzdur!

Cavan 2022-03-01 12:10:15

Nürəddin bəy Sizə yazdığınız gözəl şerə görə minnətdarlığımı bildirirəm.Yaşasın Azərbaycan Ukrayna dostluğu,qardaşlığı.

Son yazılar