Menu

Rusiya-Ukrayna müharibəsində ən çox itirən Azərbaycan əsilli milyarderdir

01.03.2022, 12:24
Rusiya-Ukrayna müharibəsində ən çox itirən Azərbaycan əsilli milyarderdir

Əslən Azərbaycandan olan milyarder Vahid Ələkbərov Rusiya-Ukrayna münaqişəsindən ən çox zərər görən biznesmen hesab olunur.

“AzPolitika.info” “Bloomberg”-ə istinadla xəbər verir ki, 22 rus milyarder arasında ən çox zərər görən Vahid Ələkbərovdur.

Belə ki, ilin əvvəlindən indiyə qədər V.Ələkbərovun sərvətinin 14 milyard dolları, yaxud 61.4%-i “havaya sovrulub”.

“Lukoil” neft şirkətinin Londonda satılan səhmləri bazar ertəsi günü 62.8% ucuzlaşıb.

Qeyd edək ki, Vahid Ələkbərov Bakı şəhərində anadan olub. V.Ələkbərov dünya neft hasilatının təqribən 2%-ni birjaya çıxaran “Lukoil” şirkətinin prezidentidir.

Moskvada yerləşən bu şirkətdə 100 000-dən çox işçi çalışır. Şirkət 2020-ci ildə 72,2 milyard dollar gəlir əldə edib.

Vahid Ələkbərov həmi vaxt 5 milyard dollardan artıq dividend toplayıb. O, həmçinin Moskvanın "Spartak" futbol komandasının sahibidir.

“AzPolitka.info”



Şərhlər

Valeh 2022-03-01 14:57:19

Vay yazig aparag biraz pul verek yetime

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol