Menu

“Visa” bir neçə Rusiya bankının ödəniş sisteminə çıxışını bloklayıb

01.03.2022, 13:53
“Visa” bir neçə Rusiya bankının ödəniş sisteminə çıxışını bloklayıb

“Mastercard”ın ardınca “Visa” da bir neçə Rusiya bankının ödəniş sisteminə çıxışını bloklayıb”.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov teleqram kanalında yazıb.

“Bu o deməkdir ki, sözügedən bankların kartları yalnız Rusiya daxilində işləyəcək. Ölkə xaricində və xarici onlayn-mağazalarda onlardan istifadə etmək mümkün olmayacaq”, - o yazıb.

Xatırladaq ki, daha əvvəl “Mastercard” da analoji addımı atmışdı.

Bundan başqa, “Mastercard” Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı iş aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol