Menu

Ukraynada azərbaycanlı gənc güllələnib

01.03.2022, 14:16
Ukraynada azərbaycanlı gənc güllələnib

Ukraynanın Krivoy-Roq şəhərində azərbaycanlı gənc güllələnərək öldürülüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 35 yaşlı Mahmudov Eldar Ramzan oğlu şəhərin girişində postdan keçərkən anlaşılmazlıq şəraitində Ukrayna hərbçiləri tərəfindən vurulub.

Belə ki, yerli könüllülər kimi Ukrayna döyüşçülərinə ərzaq məhsulları verib geri qayıdarkən postdan sürətlə keçən azərbaycanlı gəncin avtomobili atşə tutulub. Nəticədə E. Mahmudov yerindəcə keçinib. Onu güllələyən 2 Ukrayna hərbçisi dərhal şəhər hərbi prokurorluğunun sanksiyası il həbs olunub, cinayət içi qaldırılıb.

E. Mahmudov Ukrayna vətəndaşı olub.

Şərhlər

Rauf Hacı 2022-03-01 20:19:58

Bu xəbər təsdiq olunmur.Krivoy Roqdakı qohumumla əlaqə saxladım.Öyrənib dedi ki belə bir hadisə olmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol