Menu

Rusiya bu şəhərləri mühasirəyə alır - Yaşayış məntəqələrini raket atəşinə tuturlar

01.03.2022, 16:03
Rusiya bu şəhərləri mühasirəyə alır - Yaşayış məntəqələrini raket atəşinə tuturlar

Rusiya-Ukrayna müharibəsində son döyüş vəziyyətilə bağlı məlumat paylaşılıb.

“AzPolitika.info” Ukrayna Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Rusiya ordusu müəyyən istiqamətlərdə hücumlarını sürətləndirməyə çalışır.

Məlumatda qeyd olunur ki, Xarkov və Çerniqov rayon mərkəzlərini ələ keçirə bilməyən Rusiya bu şəhərlərin yaşayış məntəqələrini raket atəşinə tutublar. Rus işğalçıları Ukraynanın Sumı, Lebedin və Oxtırka şəhərlərini mühasirəyə alır, Kiyev istiqamətində hücumları davam etdirmək üçün yeni qruplaşmalar yaradır. 

Donetsk vilayətində Rusiya Silahlı Qüvvələri artilleriya dəstəyi ilə Ukraynanın Mariupol şəhərini ələ keçirməyə çalışsa da, buna nail ola bilməyib. Hücum imkanlarını itirən düşmən Kiyev şəhərini mühasirəyə amağa davam edir..

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol