Menu

BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb

01.03.2022, 17:59
BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb

Birləşmiş Millətlər Təşkilatı Rusiya-Ukrayna müharibəsində öldürülən mülki vətəndaşların sayını açıqlayıb.

“AzPolitika.info” “BBC”-yə istinadla xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Rusiyanın keçən həftə başlatdığı işğal nəticəsində 13-ü uşaq olmaqla, ən azı 136 mülki şəxsin həyatını itirdiyini, 400 nəfərin isə yaralandığını açıqlayıb.

Məlumatda qeyd olunur ki, həyatını itirənlərin və yaralananların əksəriyyəti Donetsk və Luqansk vilayətinin sakinləridir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol