Menu

Rusiya və Belarus komandaları voleybol yarışlarından da kənarlaşdırılıb

01.03.2022, 18:08
Rusiya və Belarus komandaları voleybol yarışlarından da kənarlaşdırılıb

Rusiya və Belarus voleybol komandaları bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FİVB) verib.

Bu cəza bütün yığma və klub komandalarına şamil olunur. Bu qərar həmçinin çimərlik futbolunda da qüvvədə olacaq.

Qeyd edək ki, FİVB bir müddət öncə kişilər arasında dünya çempionatının ev sahibliyini Rusiyadan alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol