Menu

“Aİ Rusiya ilə müharibə aparmır, amma...” - Ali nümayəndə

02.03.2022, 11:14
“Aİ Rusiya ilə müharibə aparmır, amma...” - Ali nümayəndə

“Avropa İttifaqı Rusiya ilə müharibə aparmır, lakin indiki halda Ukraynanı dəstəkləyir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel deyib.

“Sanksiayalar lazımdır. Amma sanksiyaalr siyasət deyil, şəraitə reaksiyadır. Bizə ortaya çıxan problemlərin diplomatik həlli lazımdır”, - o söyləyib.

J.Borel həmçinin bildirib ki, nüvə müharibəsi barədə danışmaq məsuliyyətsizlikdir. Onun sözlərinə görə, Avropa ordusunun yaradılması indi gündəmdə deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol