"Televiziyalarda ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlənməməsi adi hala çevrilib".
"Report" xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova “Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, monitorinq zamanı leksik vahidlərin aid olmadığı mənada işlədilməsi, söz və ifadələrin lüğəti mənalarının müəlliflər tərəfindən tam mənimsənilməməsi və ya onların lüzumsuz şəkildə mətnə daxil edilməsi kimi ciddi nitq nöqsanları aşkarlanıb.
Həmçinin ədəbi dil normalarının pozulması fonunda ən çox üslubi səhv və xətalara yol verilməsi təəssüf doğuran məqam kimi dəyərləndirilib.


Şərhlər
Problem və suallar vurğu ilə bitmir!? Mıtbuatımız ciddi izlənsə, elə danışıq dilindən əsas aparıcıların belə əksəriyyətinin azərbaycan dilini normal bilməmələri üzə çıxır, eləcə də məğzinə diqqət yetirdikdə bəzilərinin vətəninə deyil, zidd tərəfə meylləri aşkar hiss edilir?