Menu

Ukraynada daha bir televiziya qülləsinə hava zərbələri endirilib - VİDEO

02.03.2022, 16:47
Ukraynada daha bir televiziya qülləsinə hava zərbələri endirilib - VİDEO

Ukraynanın Luqansk vilayətinin qərbində yerləşən Lisiçansk şəhəri artilleriya atəşinə tutulub.

Rusiya ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində şəhərdə yerləşən televiziya qülləsi hədəfə alınıb.

Yerli sakinlər yaşadıqları mənzildən yanğının videosunu çəkərək sosial şəbəkələrdə yayımlayıblar.

Hadisə nəticəsində ölən və yaralıların olması barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, ötən gün Rusiya ordusu tərəfindən həyata keçirilən raket hücumu nəticəsində Ukraynanın paytaxtı Kiyevdə yerləşən teleqüllə dağıdılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol