Menu

"Biz sizi Ata hesab edirdik, lakin atalıqdan betər oldunuz" - Ukrayna din xadimləri

02.03.2022, 18:03
"Biz sizi Ata hesab edirdik, lakin atalıqdan betər oldunuz" - Ukrayna  din xadimləri

Hələ də Moskva Patriarxlığına bağlı qalan Ukrayna Pravoslav Kilsəsinin də rus kilsəsindən ayrılması gözlənilir. Kilsəyə bağlı din xadimləri bununla əlaqədar Kiyev və Ukrayna mitropoliti Onufriy Ataya müraciət ediblər. 

Müraciət müəllifləri artıq öz ayinlərində Moskva və Rusiya patriarxı Kirillin adını çəkməyi dayandırıblar. 

"Biz sizi Ata hesab edirdik, lakin atalıqdan betər oldunuz. Allah özü sizi mühakimə etsin", - deyə din adamlarından biri Rusiya patriarxı Kirillə müraciətlə vurğulayıb.

Siyasi təhlilçi Şahin Cəfərli müraciəti şərh edərkən bildirib ki, bu gəlişmə də Ukraynanı tankla, topla, raketlə "Rus dünyası"na qaytarmağa çalışan Putin tam əks nəticəyə nail olduğunu göstərir. Onun sözlərinə görə, Moskva Patriarxlığına bağlı Ukrayna Pravoslav Kilsəsi Rusiyanın Ukrayna daxilində ən təsirli yumşaq gücü idi.

Ekspert xatırladır ki, Moskvaya bağlı olmayan və Poroşenko dövründə Türkiyənin dəstəyi ilə Konstantinopol Patriarxlığı tərəfindən tanınan müstəqil Ukrayna Pravoslav Kilsəsi var.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol