Menu

Putin İsrailin Baş naziri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

02.03.2022, 22:17
Putin İsrailin Baş naziri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

İsrailin Baş naziri Naftali Bennet Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı Rusiya lideri Ukrayna ilə bağlı prinsipial mövqeyini qoruyub saxlayacağını qeyd edib.

Bundan əvvəl tərəflər arasında telefon danışığı fevralın 27-də baş tutub.

Bizim Instagram səhifəmizə abunə olun

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol