Menu

“Exo Moskvı” radiostansiyası ləğv olunub

03.03.2022, 11:38
“Exo Moskvı” radiostansiyası ləğv olunub

Rusiyanın məşhur “Exo Moskvı” radiostansiyasının ləğv olunması haqqında qərar qəbul olunub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə radionun baş direktoru Aleksey Venediktov öz “Telegram” kanalında yazıb.

“Direktorlar şurasının səs çoxluğu ilə “Exo Moskvı” radiokanalının və saytının ləğvi barədə qərar qəbul olunub”, - Venediktov bildirib.

O, bu barədə radionun daxil olduğu “Qazprom”un İdarə Heyətinin Direktorlar Şurası tərəfindən qərar qəbul olunduğunu açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol