Menu

Rusiya qoşunları Panama bayrağı altında üzən gəmini atəşə tutub

03.03.2022, 20:37
Rusiya qoşunları Panama bayrağı altında üzən gəmini atəşə tutub

Martın 3-də Odessadan 20 mil aralıda Rusiya qoşunları Panama bayrağı altında “Helt” gəmisini atəşə tutub. Bu barədə Ukrayna Dəniz Limanları Administrasiyası məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində gəmiyə ciddi zərər dəyib və o radarlardan itib.

Gəmidən gələn sonuncu radiosiqnalda onun 79 dərəcə əyildiyi və saya oturduğu bildirlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol