Menu

Ukrayna öz gəmisini batırdı - Rusların əlinə keçməməsi üçün

04.03.2022, 12:30
Ukrayna öz gəmisini batırdı - Rusların əlinə keçməməsi üçün

Ukrayna hərbi dəniz qüvvələrinə aid “Getman Saqaydaçnıy” freqatı batırılıb. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə naziri Aleksey Reznikov özünün “facebook” səhifəsində məlumat paylaşıb.

Nazir yazıb ki, gəminin batırılmasında məqsəd onun işğalçıların əlinə keçməsinə imkan verməmək olub. Belə ki, sözügedən freqat əsaslı təmirdə olub və müharibə başlayana qədər təmir işlərini yekunlaşdırmaq mümkün olmayıb. 

Bu səbəbdən Ukrayna tərəfi gəminin Rusiya işğalçıları tərəfindən ələ keçirilməsi və Ukraynaya qarşı təxribat məqsədilə istifadə edilməsi ehtimalının qarşısını almalı olub. Məlumatda deyilir ki, freqatın heyəti Ukraynanın işğalçılardan müdafiəsində iştirak etməkdədir.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol