Menu

Oqtay Şirəliyevdən Sumqayıta Ebola əmri getdi

02.11.2014, 11:22
Oqtay Şirəliyevdən Sumqayıta Ebola əmri getdi

Səhiyyə Nazirliyindən Sumqayıt şəhər Səhiyyə Şöbəsinə “Ebola” virusu ilə əlaqədar olaraq nəzarətin gücləndirilməsi ilə bağlı əmr daxil olub.

Bu barədə AzərTAc-a Sumqayıt şəhər Səhiyyə Şöbəsindən məlumat verilib. Qeyd edilib ki, şəhərə xaricdən gələn vətəndaşlar nəzarətə götürülür, xəstəliyin hansısa əlamətləri hiss olunarsa müayinələr aparılır.

Bildirilib ki, bu virusla bağlı Sumqayıtda narahatlıq doğuracaq heç bir hal qeydə alınmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol