Musa Musayev Nazəninin prodüsserilə yumruqlaşıb, burnu sındırılıb
Müğənni Musa Musayev, Təranə Qumral və Nazənin arasında yeni qalmaqal yaranıb. Publika.az-ın məlumatına görə, bu gecə müğənni Arzu Mələyin paytaxt restoranlarının birində keçirilən ad günü mərasimində xoşagəlməz hadisə baş verib. Belə ki, müğənni Musa Musayevlə Nazəninin prodüsseri Pərvizin sözü çəp gəlib. Nəticədə tərəflər yumruq davasına çıxıblar. Dava edənlərin hər ikisi xəsarət alıb. Məlumata görə, tərəflər arasında mübahisə bu tədbirdən əvvəl başlayıb. Belə ki, Nazəninin prodüsseri "İnstagram" səhifəsində Musa Musayevi təhqir edib. Müğənni Təranə Qumral davadan danışaraq bildirib ki, onlar arasında əvvəldən problem olub: “Neçə vaxtdır bizimlə ədavət aparırlar. Bilmirəm, bölə bilmədikləri nələri var. Yalları artıq düşüb, yoxsa pulları? Nazəninin bir prodüseri var. Heç bilinmir ki, qadındır, yoxsa, kişi. Özünü bilmirəm, nə yerə qoyub? Kimin çantasını daşıyırsan, get, daşı da. Bizimlə nə işin var? Öz instaqram profilində nalayiq sözlər yazıb şəklimizn altına. Ağrımayan başımıza dəsmal bağlayırlar. Məclisdə oturmuşduq, Nazəninin podüseri Pərviz söyüş elədi, Musa da onu vurdu. Sonra ara qarışdı, o, bunu, bu da onu vurdu. Mən də Musanı götürüb gəldim evə”. Təranə Qumral bildirib ki, davada Musa Musayev burnundan xəsarət alıb:“İstəsəm, bu dəqiqə təcili yardım çağıraram. Amma pislik etmək istəmirəm. İmkan vermirlər ki, rahat oturaq. Allah bunlara bildiyi kimi çəkdirsin. Nə istəyirlər bizdən? Musanın burnu partlayıb. Pərvizin xəsarətlərindən xəbərim yoxdur. Ümumiyyətlə, davaya qarışmadım, heç yaxın da durmadım. Hamı da gördü. Oturduğum yerdən tərpənmədim”.

Təranə Qumral Nazəninin haqda daha sonra deyib: "Nazəninlə diskdaşıyanı gəldi. Yazıblar ki, Nazəninin cangüdəni. O, cangüdəndir? Nazənin o məclisə gəlməməliydi. O, bilir ki, Musa ilə ədavəti var, bu söhbət yaxşı nəticələnməyəcəkdi. Prodüseri Pərviz Musaya söz atdı. O da durub onu vurdu. Əcəb də etdi, mən qarışmadım, sakit oturdum. İllərdir Nazənin bizimlə ədavət aparır. Nazənin bir neçə il əvvəl Musaya zəng edib ki, gəl mənlə rayona toya gedək. Təranəni aparma. Məni həmişə Musaya qısqanıb. Toylarda qabağın kəsib ağzına gələni deyir. Yalandan deyir ərim var. Yeddi dəfə ərə gedib. Gündə biri ilə ailə qurur. Sübutum da var. Bilmədiyim sözü danışmaram. Mənim evimə davanı Nazənin saldı. Musanı evinə aparıb, haqqımda yalanlar dedi. Susdum. Sonda onlar uduzdular. Musa əsəbi adamdı, onu öyrədir, fitva verirdilər. Özlərini rezin kukla kimi düzəldirlər ki, Təranə qədər gözəl olsunlar. Əməliyyatla gözəllik olmur. Haqqımda danışan barəsində elə sözlər deyəcəm ki... Mənim itirəcək heç nəyim yoxdur. Nəyəsə görə susdum, dinmədim. Çünki evimdə böyük qızım var idi. Bundan sonra susmayacam".
Nazənin isə canlı yayıma telefon bağlantsıyla qoşularaq, şok açıqlamalar verib: “"İndiyənə qədər heç bir qalmaqalda olmamışam. Mən abrıma qısılıb, danışmadıqca hamı elə bilir ki, günahkaram. Mənim vəkilim var. Bu işlə məşğul olacaq. Onun dediyi hər söz cinayətdir. Savadsız, cahil deyiləm. Musa Təranədən başqa heç kimə lazım deyil. Qardaşımın toyuna Musanı tək dəvət etmişdim. Orada ancaq kişilər idi. Düşündüm ki, Musa özünə sığışdırıb Təranəni ora aparmaz. Bütün Azərbaycan tanıyır kim kimdir. Orda mələk simasına girməsin. Əri çıxıb buna dedi ki, kişiylə tutdum. Həyat yoldaşımla Təranəni mən tutmuşam. Ərimin ailəli olmasına qaldıqda isə... Yoldaşım özü ərizə ilə məhkəməyə gedib, Təranənin sözlərinə görə şikayətin edəcək... O, səsləndirdiyi ittihamlara görə cavab verəcək. Mənim ərim şikayətçidir. Hər şey məhkəmədə həllini tapacaq. Təranə Musanı çətir edib, hara istəyirsə, fırladır. Musanın cilovu onun əlindədir. Musa xalası qızı ilə ailəli idi, Təranə onu ayırdı. Bu nə istəyir? Özünü biabır etməyə çalışır. Təranə Musanı əlində əsir edib. Hara istəsə, o yana da fırladır. Dörd ildir boşanıblar. Ərim-ərim deyir. Onlar dör ildir ər-arvad deyillər”.
T.Qumral Nazəninə "Ailəli kişi ilə nikahdasan. Ordan tərbiyyə dərsi keçmə. Ərimi sən öyrətdin, evimə dava saldın. Bütün Azərbaycanı fırlatdın, gəl Musanı da verirəm sənə. Ev-eşik görməmişdin. Yanındakına çox sağ ol de ki, indi kirayədən canın qurtarıb. Təranənin evi də, maşını da illərdir var. Ərim deyirsən. O, başqasının atasıdır. Mənim halal yoldaşım, 21 ildir yanımdadır, onu ər görmürsən? İki ildir birini keçirmisən əlinə ər deyirsən. Məhkəməyə vermək istəyirsənsə, get. Onun sənəti yoxdur ki, sənət davası çəksin" deyə cavab verib".


Şərhlər