Menu

Odessadan daha 130 azərbaycanlı Moldova sərhədinə təxliyə olunub

05.03.2022, 13:12
Odessadan daha 130 azərbaycanlı Moldova sərhədinə təxliyə olunub

“Bu gün Ukraynanın Odessa şəhərindən 130 azərbaycanlı iki avtobusla Moldova sərhədinə təxliyə olunub”.

Bunu “Report”a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.

O bildirib ki, onlardan 50 nəfəri Nikoloyev şəhərindən gələnlərdir: “Onlar gecəni Odessada qalıblar. Bu gün yola salındılar. Günortadan sonra azərbaycanlıların olduğu daha bir avtobusun yola salınması gözlənilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol