Menu

"Razıyam ki, Russiya işğalçıdır..." - Gürcüstan banklarında əcnəbilərdən nələr tələb edirlər?

05.03.2022, 17:55
"Razıyam ki, Russiya işğalçıdır..." - Gürcüstan banklarında əcnəbilərdən nələr tələb edirlər?

Rusiyada nəşr olunan "Kommersant" qəzetinin yazdığına görə, Gürcüstan banklarında hesab açmaq istəyən əcnəbilərin qarşısında Rusiya ilə bağlı şərtlər qoyulur.

Müştəri bu tələbləri qəbul etməzsə, ona hesab açılmır. Yaxud, şərtləri pozarsa, bank hesabı ləğv edilir. Bankların imzalatdırdıqları sənəddə isə bunlar yazılıb:

Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzünü pisləyirəm;

Razıyam ki, Rusiya 2008-ci ildə Gürcüstanı, 2014 və 2022-ci illərdə Ukraynanı işğal etmiş işğalçıdır;

Mən Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirəm və Abxaziya və Samaçablo (Cənubi Osetiyanın gürcücə alternativ adı) Gürcüstan olduğunu tanıyıram;

Razıyam ki, Rusiya hökumətinin təbliğatını aparmayacağam və ona qarşı mübarizəni dəstəkləyəcəyəm;

Mən başa düşürəm ki, bu qaydaların hər hansı birinin pozulması mənim hesabıma xitam verilməsi ilə nəticələnəcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol