Menu

"O zaman biz bütün NATO ilə döyüşməli olacağıq" - Putin yenə hədə-qorxu gəlir

05.03.2022, 19:29
"O zaman biz bütün NATO ilə döyüşməli olacağıq" - Putin yenə hədə-qorxu gəlir

“Ukraynanın NATO-ya qəbul olunması hərbi münaqişə zamanı onu dəstəkləməyə imkan verəcək və onlar Krıma da girəcəklər”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Getdikcə daha fəal danışmağa başladılar ki, Ukrayna NATO-ya qəbul ediləcək. Bilirsiniz, bu nəyə gətirib çıxara bilərdi? Bəlkə hələ də səbəb ola bilər? Əgər bu NATO ölkəsidirsə, təşkilatın yaradılması haqqında sazişə uyğun olaraq hərbi münaqişə baş verəcəyi halda alyansın bütün digər üzvləri bu ölkəni dəstəkləməlidir”, - deyə V.Putin qeyd edib.

V.Putin həmçinin xatırladıb ki, Krımı heç kim Rusiyanın olaraq tanımır: “Demək ki, onlar Donbasda hərbi əməliyyatlar aparacaqlar. Həm də Krıma girəcəklər. O zaman biz bütün NATO ilə döyüşməli olacağıq. Bu nə deməkdir? Nəticələri aydındır yoxsa yox? Düşünürəm ki, hər kəs üçün aydındır”. (RİA Novosti)

Şərhlər

SabinaK 2022-03-06 07:40:25

Putin suyun isinib artıq az qalıb öz xalqın səni toyuq kimi yolacaq! Qoy sanksiyalar davam etsin inşaallah çöküşünüzü zövqlə dünya izləyəcək!!

Veteran 2022-03-05 21:07:22

Sənin tək şıxış yolun kəllənə bir donuz gülləsi çaxmaqdır.Sonra gec olacaq.Çaqqal.

t.ədalət 2022-03-05 20:03:11

Putin heç vaxt NATO ilə dğyüşə bilməz.Bu çıxış səfehlik əlamətidir.Nüvə silahından istifadə Rusiyanın da məhvi deməkdir.Onda,daha bu müharibənin nə kimi xeyri olacaq?

Eli 2022-03-05 19:39:43

Bedbext gerizekalı.NATO senin üçün Ukrayna deyil ki,xaincesine onun işğalı fikrine düşesen.NATO seni ve yox dövletini yer üzünden siler,nece ki silmeye başlayıblar.Sen sonunu gözle.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol