Menu

“Hava məkanının bağlanması günhasız ukraynalıların xilası üçün vacibdir" - Dmitri Kuleba

05.03.2022, 23:05
“Hava məkanının bağlanması günhasız ukraynalıların xilası üçün vacibdir" - Dmitri Kuleba

NATO-nun Ukrayna səmasını bağlaması alyansın nə dərəcədə özünə güvənməsindən asılıdır.

APA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba xarici jurnalistlər üçün keçirilən mətbuat brifinqində deyib.

"Əgər NATO özünə əmindirsə ki, o kifayət qədər güclüdür və Ukrayna səmasına Rusiya hava qüvvələri daxil ola bilməyəcək, Ukrayna səmasını qoruyan NATO təyyarələri ilə toqquşmaq istəməyəcək, o zaman müttəfiqlər Ukrayna səmasını bağlamalıdır. Yox, əgər NATO özünə güvənmirsə ki, Ukrayna səmasında Rusiya ilə qarşılaşmağa hazır deyil, o zaman əlbəttə ki, alyans Ukrayna səmasını bağlamayacaq. Məsələ bu qədər sadədir, ukraynalılar bunu belə anlayır. İndiyə qədər NATO-nun bu məsələyə reaksiyası təəsüfləndiricidir, çünki bu qərar hər bir halda havadan endirilən zərbələrlə öldürülən günhasız ukraynalıların xilası üçün vacibdir", - deyə diplomat vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol