Menu

Putin bu ölkələrin siyahısını hazırlamağı tapşırıb

06.03.2022, 11:19
Putin bu ölkələrin siyahısını hazırlamağı tapşırıb

Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin siyahısı hazırlanır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

"Rusiya hökuməti iki gün müddətində Rusiyaya və Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını müəyyən etsin", - fərmanda qeyd olunub.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr rəsmən bunu bəyan etdiyindən, Putinin bu qərarının məqsədinin başqa olduğunu bildirirlər.  Rusiya Prezidenti bununla digər ölkələri sanksiyaya qoşulmaqdan çəkindirmək istəyir. 

Şərhlər

musa 2022-03-06 17:18:39

bu şşşşşşelə bilir ki bütün bunlar ona kecərli olacaq .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol