Menu

Odessa və Xarkovda Rusiya təyyarələri vurulub

06.03.2022, 16:46
Odessa və Xarkovda Rusiya təyyarələri vurulub

Odessa yaxınlığında Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyaya məxsus hərbi təyyarə vurulub. Bu barədə Odessa Regional Hərbi Dövlət Administrasiyasının Operativ Qərargahının spikeri Sergey Bratçuk məlumat verib.

Həmçinin, Xarkov hava hücumundan müdafiə qüvvələri də Rusiya Hərbi Hava Qüvvələrinin daha bir Su-25 döyüş təyyarəsini məhv edib.

Bu barədə Xarkov Regional Hərbi Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram”-da məlumat verib.

Məlumata görə, təyyarənin pilotu xilas ola bilib və hazırda fəal şəkildə axtarılır. ( segodnya.ua)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol