Menu

Moskvada və Sankt-Peterburqda etirazlar – VİDEO

06.03.2022, 18:18
Moskvada və Sankt-Peterburqda etirazlar – VİDEO

Rusiyada müharibəyə qarşı etirazlar səngimək bilmir. Növbəti analoji aksiya ölkənin ikinci paytaxtı Sankt-Peterburq şəhərində keçirilib.

Aksiyadan görüntülər sosial şəbəkələrdə yayılıb.

Nümayişçilər “Ukrayna bizim düşmənimiz deyil” şüarı səsləndirərək bu ölkədə baş verənlərə etirazlarını bildiriblər.

Növbəti belə nümayiş Moskvada təşkil olunub. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Moskvanın Manejnaya meydanında keçirilən tədbirin iştirakçıları təhlükəsizlik qüvvələri tərəfindən kütləvi şəkildə saxlanılıb.

Hüquq-mühafizə orqanları etirazçıları xüsusi maşınlara mindirib.

Qeyd edək ki, aksiya iştirakçıları onları saxlayan şəxslərə müqavimət göstərməyiblər.

Xatırladaq ki, bu, rusiyalıların Ukrayna ilə müharibəyə qarşı ilk mitinqi deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol