Menu

Ukrayna Aİ və G7 ölkələrini Rusiyaya qarşı əlavə sanksiyalara çağırıb

07.03.2022, 09:30
Ukrayna Aİ və G7 ölkələrini Rusiyaya qarşı əlavə sanksiyalara çağırıb

“Rusiya iqtisadiyyatını nəhayət məngənəylə sıxmaq və Ukraynada başlatdığı müharibəni dayandırmaq üçün ona qarşı əlavə sanksiyalar tətbiq etmək lazımdır”.

“Report” “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

“Bu gün mən Avropa İttifaqının (Aİ), G7 ölkələrinin bütün xarici işlər nazirlərinə və Aİ-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsinə Ukraynanın gözlədiyi, Rusiyanı birdəfəlik məngənədə sıxan və müharibəyə son qoyan sanksiyaların konkret siyahısı ilə bağlı məktubları imzaladım”, - Kuleba bildirib.

O, həmçinin yeni sanksiyaların tətbiq olunmasını təmin etmək üçün hər bir ölkə ilə işləyəcəyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol