Menu

Macarıstan NATO qoşunlarının ölkədə yerləşdirilməsinə icazə verib

07.03.2022, 17:45
Macarıstan NATO qoşunlarının ölkədə yerləşdirilməsinə icazə verib

Macarıstan ölkənin qərbində NATO qoşunlarının yerləşdirilməsinə icazə verib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Baş nazir Viktor Orban müvafiq fərman imzalayıb.

Macarıstan NATO qoşunlarının ölkənin qərbində yerləşdirilməsinə, həmçinin öz ərazisi vasitəsilə NATO-ya üzv olan digər dövlətlərə silah tədarükünə icazə verir.

Bununla belə, fərmanda deyilir ki, Macarıstan öz ərazisindən Ukraynaya ölümcül silah daşınmasına icazə vermir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol