Baş ofisi ABŞ-da yerləşən təmizlik vasitələri üzrə dünya brendi “Procter & Gamble” şirkəti Rusiyaya qarşı sanksiyalara qoşulub.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, “Procter & Gamble” şirkəti Ukraynadakı işğala cavab olaraq, Rusiyada məhsul satışlarını dayandırdığını açıqlayıb.
Məlumatda qeyd olunur ki, “P&G” şirkəti Rusiyadakı ofislərinə investisiya qoyuluşunu dayandırıb. Eyni zamanda şirkət Ukraynadakı ailələrə milyon dollarlıq nağd yardım paketi və “P&G” məhsulları – uşaq bezləri, qulluq məhsulları və s. göndərib.
Qeyd edək ki, “P&G” şirkəti 25 il əvvəl Rusiya bazarına daxil olub. Şirkətin Sankt-Peterburqda “Gillette” zavodu, Novomoskovkidə “Tide” və “Pampers” kimi brendlər üçün parçalar, ev və uşaq baxımı məhsulları istehsal edən ofisləri var.
Rusiyada satılan “P&G “məhsullarının təxminən 60 faizinin Rusiya fabriklərində istehsal olunduğu bildirilir. Bu zavodların bağlanmasıyla minlərlə rus vətəndaşının işsiz qalacağı qeyd olunur.
“AzPolitika.info”


Şərhlər