Menu

Ərdoğan Antalya görüşündən gözləntilərini açıqlayıb

09.03.2022, 13:54
Ərdoğan Antalya görüşündən gözləntilərini açıqlayıb

“Sabah Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün daimi sülhü təmin edəcəyinə ümid edirəm”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev, BMT baş katibi Antoni Quttares, Ukrayna Prezidenti Volodimi Zelenski, Rusiya dövlət başçısı Vladimri Putinlə dəfələrlə danışmışam. Bu məsələnin diplomatik həllinə çalışmışam. Eyni zamanda müdafiə və xarici işlər nazirlərimiz də həmkarları ilə dəfələrlə danışıblar. Ölkəmizin bu məsələdəki neyratllığının nə qədər məqsədyönlü olduğu hər ötən gün daha çox ortaya çıxır”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol