Menu

Mariupolda doğum evinə hücum olub - Ölən və yaralananlar var

09.03.2022, 19:18
Mariupolda doğum evinə hücum olub - Ölən və yaralananlar var

Rusiya hərbçiləri Mariupoldakı doğum evinə artilleriya zərbəsi endiriblər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin feysbukda yazıb.

"Ruslar Mariupoldakı 2 saylı doğum evinə artilleriya zərbəsi endiriblər. Şahidlərin sözlərinə görə, doğum evi yerlə-yeksan olub, çoxlu sayda yaralı var. Bir qadın həlak olub", - Abroskin qeyd edib.

Bundan əlavə, Mariupol Şəhər Şurasının mətbuat xidməti rus hərbçilərinin uşaq xəstəxanasına bir neçə bomba atdığını bildirib:

"Dağıntılar böyükdür. Xəsarət alan uşaqlarla bağlı məlumat dəqiqləşdirilir".

Şərhlər

Türk Turan 2022-03-09 23:50:40

Allahın lənəti zalım putinin, onun havadarlarının və tərəfdarlarının üzərinə olsun! Allah Ukraynaya kömək olsun! Amin!

Eli 2022-03-09 20:13:03

Bu alkaş Ordu temsilçileri ayıq olurlar ki,ağılla vuruşsunlar.Allah bunların cezasını verib:Putinin bu dövlet Przident olması ele bunlara cehennem yaşadır ve yaşadacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol