Menu

MÖVQELƏRİMİZ SƏHƏRƏDƏK ATƏŞƏ TUTULUB - Müdafiə Nazirliyi məlumat yayıb

10.03.2022, 09:15
MÖVQELƏRİMİZ SƏHƏRƏDƏK ATƏŞƏ TUTULUB - Müdafiə Nazirliyi məlumat yayıb

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.

Şərhlər

turan 2022-03-10 13:26:37

Nəyi və kimi gözləyirik ?
Ruslar rədd olub çıxıb gediblər. Gözləyirik ki Fransa" xoruzları" gəlib rusların yerini tutsunlar ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol