Menu

“Rusların bütün cəbhə boyu heç bir ciddi uğuru yoxdur” - Mixail Podolyak

10.03.2022, 13:13
“Rusların bütün cəbhə boyu heç bir ciddi uğuru yoxdur” - Mixail Podolyak

Rusların 700 km-lik bütün cəbhə boyu heç bir ciddi uğuru yoxdur.

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

“Avropada böyük müharibənin 15-ci günü. Rusların 700 km-lik bütün cəbhə boyu heç bir ciddi uğuru yoxdur. Bunun səbəblərindən biri də müharibə haqqında həqiqətlərin onlayn olmasıdır. Hər gün 2000-ə yaxın xarici jurnalist bu müharibənin ən qaynar nöqtələrində olur. Təşəkkürlər uşaqlar...”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol