Menu

“Rusiyaya sanksiyalar iqtisadiyyatımıza ciddi risklər yaradıb” - Ermənistan Prezidenti

10.03.2022, 14:52
“Rusiyaya sanksiyalar iqtisadiyyatımıza ciddi risklər yaradıb” - Ermənistan Prezidenti

Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına ciddi risklər yaradıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın yeni Prezidenti Vaaqn Xaçatryan açıqlama verib.

O, sanksiyaların idarəolunmaz risklər yarada biləcəyini deyib: “Biz sanksiyaların nəticələrinin bir hissəsini proqnozlaşdıra bilərik, amma tam qiymətləndirmə mümkün deyil”.

Ermənistan Prezidentin vəziyyətin kəskin dəyişə biləcəyini, Ermənistanın maliyyə sisteminə birmənalı zərər vuracağını əlavə edib.

Xaçatryan xarici amillərin ölkə iqtisadiyyatına neqativ təsirinin ilin sonuna qədər qalacağını düşünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol