Ukrayna Silahlı Qüvvələri Çerniqov şəhəri istiqamətində işğalçı Rusiya ordusunun “İsgəndər-M” ballistik operativ-taktiki raket kompleksləri divizionunu məhv edib.
"AzPolitika.info" Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə “Şimal” əməliyyat komandanlığından məlumat verilib.
“Çerniqov istiqamətində “Sever” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan “İsgəndər-M” divizionunu məhv edib”, - məlumatda deyilir.


Şərhlər