Menu

BMT-nin Ali Komissarı Sincana səfər edəcək – Uyğurların vəziyyətini araşdıracaq

10.03.2022, 15:41
BMT-nin Ali Komissarı Sincana səfər edəcək – Uyğurların vəziyyətini araşdıracaq

Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Pekinlə razılığa gəldikdən sonra may ayında Çinə, o cümlədən Sincana səfər etməyə hazırlaşır.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, hələ keçən ilin iyununda BMT-nin insan haqları üzrə rəhbəri uyğurların hüquqlarının pozulması ilə bağlı xəbərləri araşdırmaq üçün Sincana səfərin şərtlərini razılaşdırmağa ümid etdiyini bildirib. Mişel Baçelet deyib ki, rəhbərlik etdiyi qurum və Çin hökuməti bu ilin may ayında baş tutması nəzərdə tutulan səfər üçün konkret hazırlıq işlərinə başlayıb. 

KİV-in məlumatına görə, BMT-yə Çinə səfər icazəsi Pekin Qış Oyunları başa çatdıqdan bir müddət sonra verilib. Bununla belə, Pekin bu səfərin təhqiqat kimi qələmə verilməməsi şərtini qoyub. Ötən gün 200-ə yaxın insan haqları ilə məşğul olan qrup M.Baçeletin ofisindən Çinin Sincan əyalətindəki hüquqların vəziyyəti ilə bağlı çoxdan təxirə salınmış hesabatların açıqlanmasını tələb edib. Human Rights Watch (HRW) və Amnesty International təşkilatları ünvanladıqları açıq məktubda deyilir ki, hesabatların gecikmədən açıqlanması həm qurbanlara, həm də cinayətkarlara eyni mesaj göndərmək üçün vacibdir: “Nə qədər güclü olursa olsun, heç bir dövlət beynəlxalq hüquqdan və ya ofisinizin güclü, müstəqil yoxlamasından üstün deyil”.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol