Menu

Rusiya taxıl və şəkərin ixracına qadağa qoyub

11.03.2022, 09:53
Rusiya taxıl və şəkərin ixracına qadağa qoyub

Rusiya taxıl və şəkərin ixracına müvəqqəti qadağa qoyub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Taxıl qadağası martın 31-dək qüvvədədir və qadağa buğda, çovdar, arpa və qarğıdalıya aiddir.

Məhdudlaşdırıcı tədbir şəkərlə bağlı da elan edilib. Bu məhsulun ixracı tədarükün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən icazələr əsasında mümkün olacağı şərti ilə qadağan ediləcək.

Şərhlər

Taxıl Aqronomu 2022-03-11 10:42:13

Ehtimal ki, bu qadağa və qiymət artımı strateji müttəfiqi Azərbaycana satışa aid edilmir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol