Menu

İrandan xəbərdarlıq: “ABŞ-ın Fars körfəzindəki gəmilərini 50 saniyəyə batırarıq”

03.11.2014, 09:43
İrandan xəbərdarlıq: “ABŞ-ın Fars körfəzindəki gəmilərini 50 saniyəyə batırarıq”

İranın İnqilab Keşikçiləri dəniz qüvvələri komandanı admiral Əli Fedevi deyib ki, ABŞ hərbi qüvvələrini Fars körfəzindən çəkməlidir.

İranın ingiliscə yayımlanan dövlət televiziyası Press TV-nin xəbərinə görə, “Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyini qoruma strategiyası” mövzusunda çıxışında ABŞ-ın hərbi varlığının bölgədən uzaqlaşdırılmasının İran dəniz qüvvələrinin prioritetlərindən olduğunu bəyan edən Fedevi deyib: “Körfəzdəki ABŞ gəmilərinə hücum etmə və batırma istiqamətində bir çox təlim keçirdik, bir Amerika gəmisini 50 saniyədə batırmaq gücünə malikik”.

ABŞ-ın regiondakı sualtı gəmilərinə işarə edən Fedevi, İran donanmasının su altındakı hədəflərə hücum etmə gücündə raketlərə sahib olduğunu da əlavə edib. ABŞ donanmasına aid 5-ci donanma Bəhreyndə yerləşir. /modern.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol