Xalq yazıçısı, Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycanda dəfn olunacaq.
Bu barədə Modern.az-a rejissor Tahir Tahiroviç məlumat verib.
T.Tahiroviç deyib ki, mərhumun nəşinin bazar günü ölkəyə gətirilməsi nəzərdə tutulub:
"Bu ailəvi bir məsələ olduğu üçün dəqiq qərarı onlar verəcəklər. Əgər Rüstəm bəyin hər hansı vəsiyyəti yoxdursa, böyük ehtimal qardaşı Maqsud İbrahimbəyovun yanında - I Fəxri xiyabanda dəfn ediləcək".


Şərhlər
Kərim Kərimov,Rüstəm İbrahimbəyov,Tahir Salahov nə bilim daha kimlər bunlar coxdan ruslaşmışdılar. Əsil ziyalılarımız ?
Onun ki Azərbaycana heç bir bağlılığı yoxdur.Qarabağ məsələsində erməniləri müdafiə edirdi.Keçmiş sovet hakimiyyətini,indi də Rusiyanı təbliğ edirdi.Əsərləri cılız məzmunlu,heç bir milli tərəfi olmayan boş söz yığınıdır.Belə çıxır ki,erməni yazıçılarını da gətirib birinci fəxri xiyabanda dəfn etmək olar.Bu qəbristanlığın,onsuz da fəxriliyi qalmayıb.Vaxt gələcək adi məzarlıq kimi xatırlanacaq.