“Rusiyanın Ukraynanı bir zərbə ilə məhv etmək, xalqı və hakimiyyəti kapitulyasiyaya məcbur etmək planı iflasa uğradı”.

“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış Ukraynalı hərbi bolqer Yuri Butusov “Facebook” səhifəsində yazıb.

Ekspert hazırki vəziyyəti dəyərləndirməklə yanaşı işğalçıların Ukraynadakı yeni strateji planalarından da bəhs edib.

Butusov qeyd edir ki, Rusiya ordusu Kiyev və Xarkovu sürətlə mühasirəyə almaq və şəhər mərkəzlərini ələ keçirməyi planlaşdırırdı: “Amma Ukrayna ordusu və səfərbərliklə toplanmış müdafiə qüvvələri işğalçı ordunun bu planının reallaşmasına imkan vermədi. Rusiya rəhbərliyi Ukraynanın tam məhv edilməsi planından imtina etməyib, indi ölkənin hər yerinə yayılmaqla Ukraynanı hissə - hissə dağıtmaq planını icra etməyə çalışır. Ukrayna ordusu qərbi və şərqi Kiyevdə işğalçılarını uğurla məğlub edir, rəqib isə taktikasını dəyişməklə itkiləri azaltmağa və işğal edilmiş ərazilərdə möhkəmlənmək istəyir.

Əsas plan bundan ibarətdir ki, Ukrayna ordusunun ağır silah sistemləri, ilk növbədə tank və artilleriya birlikləri darmadağın edilsin. Daha sonra paytaxt ətrafındakı müdafiəni yararaq kommunikasiyaları kəsmək, ehtiyatların başqa istiqamətlərə ötürülməsinin qarşısını almaqla paytaxtın müdafiə qüvvələrinin qarşılqılı əlaqəsini kəsmək nəzərdə tutulur”.

Ekspert hazırda ölkənin cənubunda və şərqində qızğın döyüşlər getdiyini qeyd edib. Onun sözlərinə görə, vətənpərvərlərin güclü dəstəyi ilə Ukrayna ordusu hücumları dəf edir və Donbass, Zaporoje və Nikoleyev bölgəsində rus qoşunlarının irəliləməsini dayandırıb:

Putinin əsas ideyası bunlardan ibarətdir:

1. Donetsk və Luqansk bölgəsini tamamilə ələ keçirmək;

2. Ukraynanın Qara dəniz sahillərini tutmaq və Rusiyadan Dnestryanı bölgəyə birbaşa dəhliz yaratmaq;

3. Yenidən qruplaşaraq Ukraynanın mərkəzi bölgələrinə hücum etmək.

Rus qoşunları bu ideyanı gerçəkləşdirmək üçün hazırda Xerson və Zaporoji bölgələrinin işğal olunmuş ərazilərində möhkəmləndirilir. Rusiya Ukraynanın cənubunda təbliğat maşınlarını işə salıb və silah altında qondarma referendum keçirməyə hazırlaşır. Həmçinin Krımdan Xerson bölgəsinə əlavə dəmir yolu çəkməyə başlayıb”.

Yuri Butusov yazır ki, Rusiya ordusu artıq müharibədən çox yorulub, itkiləri böyükdür: “Buna görə Putin Belarusdan hərbi dəstək tələb edir, eyni zamanda Suriya rəhbəri Bəşər Əsəddən muzudlular istəyir. Amma çətin ki, Rusiyanın bu avam əməliyyatına görə kimsə döyüşə atılıb özünü qurban vermək istəyər. Düşməni dayandırmağa yaxınıq. Amma onu Ukraynadan qovmaq üçün bütün istiqamətlərə ağır silahlar, artilleriya, dronlar, tanklar lazımdır. Daha sonra düşmənin kolonlarına hücum çəkib canlı qüvvəsini daha çox məhv etmək lazımdır. Bunun üçün isə peşəkar təşkilatçılığa və sürətli səfərbərliyə ehtiyac var”.

“AzPolitika.info”