Menu

Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib - FOTO

13.03.2022, 18:04
Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib - FOTO

Moskvada Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, vida mərasimi Mərkəzi Kino Evinin Böyük zalında baş tutub.

Vida mərasimində Azərbaycan və Rusiyanın tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Rusiya prezidentinin beynəlxalq mədəni və humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy mərasimdə Rusiya prezidenti Vladimir Putinin Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar ailəsinə göndərdiyi başsağlığı məktubunu oxuyub.

Daha sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış kinorejissor Andrey Konçalovski, jurnalist professor Yuri Kobaladze, Ümumrusiya kinomatoqrafiya İnstitutunun rektoru Vladımır Malışev Rüstəm İbrahimbəyovla bağlı xatirələrini bölüşüblər.

Azərbaycanın Rusiyadakı mədəniyyət attaşesi Nigar Axundova Azərbaycan prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın imzaladıqları nekroloqu oxuyub.

Qeyd edək ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun nəşi dəfn olunmaq üçün vətənə martın 15-də aparılacaq. Xalq yazıçısının Bakıda dəfn olunacağı bildirilir.

Şərhlər

t.ədalət 2022-03-14 12:41:06

Rüstəm İbrahimbəyaov həyatını Rusiyaya və ruslara sərf etmiş birisi idi.O,sonadək Azərbaycan kino sənətinin qarşısını kəsənlərdən oldu.Bizim milli rejissorların çəkdiyi filmlərin beynəlxalq aləmdə tanınmaması üçün Ramiz Fətəliyevlə birgə Rusiyanın tapşırıqlarını icra edirdilər.Müstəqil Azərbaycanın bütün sahələrdə irəliləyişini əngəlləmək üçün Rusiya həmişə belə etniklərdən lazımınca istifadə edirdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol