Menu

Azərbaycan iqtisadiyyatı 7%-ə yaxın böyüyüb

14.03.2022, 12:17
Azərbaycan iqtisadiyyatı 7%-ə yaxın böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 175,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çox ümumi daxili məhsul istehsal olunub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6%, qeyri neft-qaz sektorunda isə 10,1% artıb.

ÜDM istehsalının 53,6%-i sənaye, 7,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,1%-i tikinti, 2,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8%-ni təşkil edib.

Hesabat dövründə adambaşına düşən ÜDM-in dəyəri 58,9% artaraq 1 910 manat olub.

Şərhlər

Fakt 2022-03-14 13:10:15

Insanların yaşam səviyyəsi isə17 % aşağı düşüşüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol