“Qarşıdakı 2-3 həftə Ukrayna üçün həlledici olacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko Ukrayna telekanallarına açıqlamasında deyib.
Denisenko qeyd edib ki, hazırda işğalçıların əsas hədəfi Mariupol şəhəridir: “İşğalçılar mümkün olan hər şey edəcəklər ki, Mariupolu ələ keçirsinlər. Daha sonra isə şərqə doğru hərəkət edərək, oradakı hərbi qruplaşmamızı ələ keçirməyə çalışacaqlar. Başlıca vəzifəmiz bunun qarşısını almaq və onları yerdə üzücü mübarizəyə cəlb etməkdir ki, orada da onlar uduzurlar”.
Denisenko bildirib ki, hazırda Ukraynanın havadan müdafiə sistemləri sarıdan Qərb tərəfdaşlarının ciddi dəstəyinə ehtiyacı var.
Qeyd edək ki, bundan öncə Ukraynanın Daxili İşlər naziri Anton Qeraşşenko da Mariupolun əsas hədəf olduğunu bildirmiş və işğalçıların bununla bağlı telefon danışığını yayımlamışdı. Həmin danışıqlarda rusiyalı hərbçilər Mariupol işğal olunana qədər həmin ərazidən çıxmayacaqlarına dair tapşırıq aldıqlarını deyirlər. Həmçinin, gileylənirlər ki, Mariupola göndərilən hərbi dəstələr geri qayıtmır və şəhərdəki Ukraynaya aid “Azov” hərbi qruplaşmaları tərəfindən məhv edilir.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər