“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları plan üzrə davam edir”. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, Ukraynaya təcavüzün nə vaxt başa çatacağı barədə dəqiq tarixi açıqlamayıb: “Əməliyyatlar vaxtında və tamamlandıqdan sonra başa çatacaq”.
D.Peskov həmçinin bildirib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə alınması mümkündür: “Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda, mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”.


Şərhlər