Menu

Şarl Mişel və İlham Əliyev sərhədlərin delimitasiyasını müzakirə edib

14.03.2022, 17:02
Şarl Mişel və İlham Əliyev sərhədlərin delimitasiyasını müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə Cənubi Qafqazda post-münaqişə dövrünü müzakirə edib.

"Report" xəbər verir ki, müzakirə Ş.Mişelin Prezident İlham Əliyevlə telefon söhbəti zamanı baş tutub.

Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.

Qeyd edək ki, martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol