Menu

Vladimir Putin İsrailin baş naziri ilə telefonla danışıb

14.03.2022, 22:41
Vladimir Putin İsrailin baş naziri ilə telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putinlə İsrailin baş naziri Naftali Bennet arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Naftali Bennet Rusiya Prezidentinə Ukrayna məsələsi ilə bağlı bir sıra dövlətlərin rəhbərləri ilə son təmaslar barədə məlumat verib.

Öz növbəsində Vladimir Putin Rusiya və Ukrayna nümayəndələri arasında videokonfrans formatında bu günlərdə baş tutan danışıqlar prosesini dəyərləndirib.

Dialoqun davam etdirilməsi razılaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol