Menu

NATO 30 min əsgər və 220 təyyarənin iştirakı ilə təlimlərə başlayıb

15.03.2022, 10:03
NATO 30 min əsgər və 220 təyyarənin iştirakı ilə təlimlərə başlayıb

Norveçdə NATO-nun “Soyuq cavab-2022” adlı hərbi təlimləri başlayıb. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir.

Təlimlərə 220 təyyarə və 50-dən çox gəmi cəlb olunub.

NATO-nun mənzil-qərargahından bildirilib ki, təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir.

Qeyd edək ki, Rusiya təlimlərə dəvət olunsa da, iştirak etmək istəməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol