Menu

Dohadan Bakıya gələn Yəmən vətəndaşlarından saxta Malaziya pasportları aşkarlanıb

15.03.2022, 10:32
Dohadan Bakıya gələn Yəmən vətəndaşlarından saxta Malaziya pasportları aşkarlanıb

Dohadan Bakıya gələn Yəmən vətəndaşlarından saxta Malaziya pasport­ları aşkarlanıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, martın 14-də “Doha-Bakı” reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları - 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Sharif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Rawan Ahmed Hasanın Malaziya pasport­larının saxtalaşdırılması aşkar edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol