Menu

Ukrayna və Rusiya arasında danışıqlar bərpa olunub

15.03.2022, 15:36
Ukrayna və Rusiya arasında danışıqlar bərpa olunub

Ukrayna-Rusiya danışıqlarının dördüncü raundu üzrə müzakirələr bərpa olunub.

“Report” Ukraynanın "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasında hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya bildirib.

Onun sözlərinə görə, danışıqlar videokonfrans formatında keçirilir.

Xatırladaq ki, ötən gün Ukrayna və Rusiyanın heyətləri arasında danışıqları dördüncü raundu başlayıb, lakin bir müddət sonra texniki fasilə elan olunub və danışıqların növbəti gündə davam etdirilməsi barədə razılıq əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol