Menu

Lavrov İrana təşəkkür edib - Ukrayna ilə bağlı mövqeyinə görə

15.03.2022, 16:08
Lavrov İrana təşəkkür edib - Ukrayna ilə bağlı mövqeyinə görə

Rusiya Ukrayna ilə bağlı obyektiv mövqeyinə görə İrana minnətdardır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla danışıqlardan sonra bildirib.

"Əlbəttə, biz Ukraynadakı və onun ətrafındakı vəziyyətə toxunduq. Biz iranlı həmkarlara obyektiv, balanslı mövqelərinə, ABŞ və onun NATO-dakı müttəfiqlərinin sabitliyi pozan hərəkətləri nəticəsində yaranan Rusiyanın təhlükəsizlik narahatlıqlarını başa düşdüyünə görə təşəkkür etdik”, - deyə Rusiya XİN başçısı qeyd edib.

Şərhlər

Türk 2022-03-15 16:42:26

Hər ikisi Türkün düşməni!

Eli 2022-03-15 16:14:40

Sizin yanınızda size layiq olan durar,bsşqa Xalqların o vümleden 40 million Azerebaycan Türkünün haqqını tanımaq istemeyen fars molka rejimi milleti 18- cu esr seviyyesinde taşadan İran durar vaşqa heç kim

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol