Menu

Rusiya Avropa Şurasından çıxıb

15.03.2022, 21:25
Rusiya Avropa Şurasından çıxıb

Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.

“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış və düşünülmüş qərardır”, - Tolstoy vurğulayıb.

Martın 10-da Rusiya Xarici İşlər Nazirliyi ölkənin Avropa Şurasından çıxmaq qərarına gəldiyini açıqlayıb. Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks da öz növbəsində bildirib ki, təşkilat martın 15-də Rusiyanın üzvlüklə bağlı qərar qəbul edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol