Menu

“Rusiya nümayəndələri ilə danışıqlar davam etdirilməlidir” - Ukrayna Prezidenti

16.03.2022, 09:19
“Rusiya nümayəndələri ilə danışıqlar davam etdirilməlidir” - Ukrayna Prezidenti

Ukrayna Nümayəndə heyətinin Rusiya Federasiyası təmsilçiləri ilə danışıqları davam etməlidir.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu, çətin, amma əhəmiyyətlidir. Tərəflərin mövqeləri artıq daha realdır, amma bunun üçün zamana ehtiyac var”, - dövlət başçısı vurğulayıb.

Ukrayna lideri həmçinin bu gün ABŞ Konqresində çıxış edəcəyini təsdiqləyib.

Qeyd edək ki, bu gün iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar davam etdiriləcək. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə, tərəflərin mövqelərində əsaslı ziddiyyətlər olsa da, güzəştə getmək ehtimalı da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol